"Uğura aparan yol zəhmətdən keçir!" mövzusunda söhbət aparılıb
20.05.2021-ci il tarixində məktəbin psixoloqu Məlahət Qasımlı Məktəb Psixoloqunun Fəaliyyət Planına əsasən "Uğura aparan yol zəhmətdən keçir!" mövzusunda motivasiya xarakterli profilaktik işin təşkili məqsədilə məktəbin IX "a" sinif şagirdləri ilə görüşüb.
M.Qasımlı görüş zamanı IX sinif şagirdləri ilə peşəyönümü ilə bağlı konsultativ işini davam etdirmişdir.
Məqsəd şagirdlərə gələcəkdə peşə seçimində dəstək olmaq və eyni zamanda köməklik göstərməkdən ibarətdir.