"Talassemiyasız həyat naminə" adlı vebinar keçirilib
28 aprel 2021-ci il tarixində məktəbin 10"B" sinfində "Talassemiyasız həyat naminə" adlı vebinar keçirilib. Məktəbin biologiya müəllimi Esmira İbrahimova tərəfindən keçirilən vebinarda şagirdlər talassemiya xəstəliyinin yaranma səbəbləri, talassemiya xəstələrinin sayının artmasının qarşısının alınması üçün dövlət səviyyəsində aparılan profilaktik tədbirlər, eyni zamanda da bu xəstəlikdən əziyyət çəkənlərin müalicə üsulları haqqında məlumat əldə etdilər.