"Şagirdlərə psixososial dəstəyin göstərilməsi" mövzusunda sinif təşkilat saatların keçirilir
Təhsil Nazirliyinin 2021-ci il üzrə Fəaliyyət Planına əsasən Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən “Valideynlər üçün uşaqlara psixososial dəstəyin göstərilməsi” və “ Şagirdlərə psixososial dəstəyin göstərilməsi” ilə bağlı müvafiq təlimatlar və videoçarx hazırlanmışdır.
08.04.2021-ci il tarixində məktəbin 7"b" sinfinin sinif rəhbəri Lalə Ramazanlı tərəfindən Microsoft Teams platforması üzərində təşkil olunmuş onlayn görüşdə həmin sinfin şagirdləri ilə yanaşı onların valideynləri də iştirak edib.
Onlayn görüşdə məktəbin psixoloqu Məlahət Qasımlı, həmçinin L.Ramazanlı tərəfindən valideyn və şagirdlər qeyd olunan mövzu üzrə təlimatlandırılıb.