"Poeziya dünyasının dahisi, əsrlərin şairi, qəlb şairi, Nizami" mövzusunda tədbir keçirilib

07 aprel 2021-ci il tarixində məktəbin  "Kiçik Akademiya"sı çərçivəsində Azərbaycan dili və Ədəbiyyat müəllimi  Ayşən Cəfərli, məktəbin Uşaq birliyi rəhbəri Suğra Quliyevanın təşkilatçılığı ilə Microsoft Teams platformasında onlayn formada "Poeziya dünyasının dahisi, əsrlərin şairi, qəlb şairi- Nizami" mövzusunda tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının himninin səsləndirilməsilə başlayıb.Tədbirdə məktəbin direktoru Arizə Mahmudova, Azərbaycan dili müəllimi Ayşən Cəfərli və 6 "a" sinif şagirləri  iştirak edib.
Əvvəlcə dahi sənətkarın şəxsi həyatı barədə məlumat verilib. Şairin fars şairi olması haqqında irəli sürülən fikirlərin əksi olaraq Nizaminin Azərbaycan torpağının yetirməsi olduğunun sübutu bir neçə tarixi arqumentlərlə tədbir iştirakçılarına çatdırılmışdır. Nizaminin özü haqqında söylədiyi fikirləri onun fars dilində yazmasına baxmayaraq, həmişə bir azərbaycanlı kimi düşünməsi fikrini ortaya qoyur. 
NİZAMİ XƏLVƏTDƏ OTURAN BİR İKDİŞDİR(METİS)
YARI SİRKƏ(ANASININ KÜRD QIZI OLMASINI),YARI BALDIR(TÜRK ATASINI)
Əbəs yerə deyildir ki,Nizami şeirlərindən danışanda farslar "buye tork bayəd"(yəni türk ətri gəlir)deyirlər.
Daha sonra tədbir Nizaminin şeirlərinin qiraətilə davam edib. 6 "a" sinif şagirdləri tərəfindən qəlb şairinin yaradıcılığına aid müxtəlif mövzularda qəzəl və qəsidələr səsləndirilib. Nizamin yaradıcılığı bəstəkarlarından diqqətindən yayınmayıb və Nizami sözlərinə həsr olunmuş musiqilər dinlənilib. Dünyaca məhşur xəmsəyə daxil "Sultan Səncər və Qarı", "Kərpickəsən kişinin dastanı" sinfin şagirdləri Nihat və Ruhi tərəfindən səsləndirilib.
"İsgəndərnamə" poemasından İsgəndərin Bərdəyə gəlməsi və Nüşabə ilə görüşməsi səhnəsi müəyyən epizodalar tədbir iştirakçıların marağına səbəb olub.
Tədbir, Ümummilli liderimiz Heydər Əliyevin dahi Nizami Gəncəvi haqqında dediyi: "Nizami Gəncəvi elə bir böyük şəxsiyyətdir ki, elə bir dahidir ki, onun yubileylərini nəinki on ildən, beş ildən bir, hər il qeyd etmək lazımdır" fikrinə qüvvət olaraq Nizami sənətkarlığı təkcə bu il üçün  deyil, əsrlər boyu aktual olub və olacaq" fikri ilə yekunlaşıb.
Mənəm ol Şəhi məani
Ki fəzilətim əyandır.
Yer ilə zəmanə hakim
Hünərim bir asimandır.
Nəfəsim tutub cahanı
Uca səsli zəngə bənzər.
Qələmim isə bayraq olmuş,
O da fatehi cahandır,
-deyir: Nizami 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi