Xocalı faciəsinin iyirmi doqquzuncu ildönümü münasibətilə keçirilən tədbirlər
Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünün keçirilməsi barədə BŞTİ-nin 12.02.2021-ci il tarixli F-38 nömrəli əmrini əsas tutaraq məktəb direktoru Arizə Mahmudova 13.02.2021-ci il tarixində məktəbdə bu tədbirin yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədilə əmr hazırlandı. Təşkilat komitəsi yaradıldı, tədbirlər planı hazırlandı. Məktəbdə 19.02.2020-ci il tarixindən 26.02.2020-ci il tarixinə qədər “Xocalı həftəsi” elan olundu.
Sinif otaqlarında Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümü münasibətilə güşələr yaradıldı.
Həftə ərzində I-XI siniflərdə keçirilən virtual və əyani təşkilat saatları Xocalı faciəsinə həsr olundu.
Xocalı faciəsinə həsr olunmuş "Xocalım ay Xocalım " adlı rəsm müsabiqəsi keçirildi.
Fevarlın 26-da onlayn və əyani ilk dərs saatları Xocalı faciəsinə həsr olundu. Dərslər Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Xocalı soyqırımında şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edildi.
Fevralın 26-da məktəbin 4 "a" sinfində ibtidai sinif müəllimi Gülyaz Nəsibovanın təşkilatçılığı ilə "Xocalı faciəsi - Qan yaddaşımız" adlı tədbir keçirildi. Eyni zamanda məktəbin 4 "c" sinfində Elnurə Xıdırzadənin təşkilatçılığı ilə "Xocalı, biz qayıtdıq!" adlı tədbir keçirildi.
Məktəbin foyesində rəsm sərgisi hazırlandı. Sərgi qarşısında karantin rejiminə uyğun şagirdlər şeirlər söylədi.
Məktəbin 1 "a", 2 "b", 2 "c", 3"a" ,3 "c", 4 "a", 4"c", 5 "a", 5"c", 6"a", 6"b", 7"a",8"a",8"b", 9"b", 10 "b", 11"b" sinif şagirdləri tərəfindən Xocalı faciəsinə həsr olunmuş videoçarxlar hazırlandı.Hazırlanmış videoçarxlar məktəbin facebook səhifəsində yerləşdirilib.