"Biz qayıtdıq, Xocalı" adlı anım gecəsi keçirildi
26 fevral 2021-ci il tarixində Microsoft Teams platforması üzərindən 7 "a" sinif şagirdlərinin iştirakı, məktəbin Uşaq Birliyi rəhbəri Suğra Quliyevanın təşkilatçılığı ilə "Biz qayıtdıq, Xocalı!" adlı anım gecəsi keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlandı.
Çıxış üçün söz məktəbin direktoru Arizə Mahmudovaya verildi. A.Mahmudova çıxışı zamanı 29 il öncə yaşanan insanlıq faciəsindən danışdı. A.Mahmudova çıxışı: "Bu il Xocalı soyqırımını yad edərkən ötən illərdəki hüznümüzlə bərabər qürur hissi də keçiririk. Rəşadətli ordumuz 44 günlük müharibə ilə bütün şəhidlərimizin qisasını aldı. Xocalı kimi insanlıq faicəsini törədənlərdən qisasımızı aldı. İllərlə həsrət qaldığımız Qarabağımıza qovuşduq. Bu məqsəd uğrunda, həmçinin Xocalıdakı, Qarabağda canları fəda edən şəhidlərimizə Allahdan rəhmət diləyirəm."sözləri ilə bitirdi.
Məktəbin tarix müəllimi Hikmət Qasımov öz çıxışında Xocalıda yaşanan faciədən bəhs etdi. Cənnət güşəmiz Qarabağımızın işğaldan azad olunması ilə şəhidlərimizin ruhlarının rahatlıq tapdığını vurğuladı. Şagirdlərimizin çıxışları dinlənildi. Körpə vətənpərvər şagirdlərimizin həssas, kövrək çıxışları gələcək nəsillərin də bu faciəni unutmayacağını bir daha özündə əks etdirdi.
Tədbirin sonunda məktəbin Uşaq Birliyi Təşkilatı rəhbəri Suğra Quliyeva çıxışında faciə qurbanlarını, soydaşlarımızın başına gətirilən faicəni heç bir zaman unutmayacağımızı vurğuladı. Qeyd etdi ki, dünyanın bəzi ölkələri bu faicəyə gözlərini yumsalarda, Xocalıda fevralın 25-dən 26-a keçən gecədən həmvətənlilərimizin nələr yaşadığını unutmaq və unutdurmaq istəsələr də, lakin tarix heç nəyi unutmur. Azərbaycan ordusu bütün dünyaya öz gücünü göstərdi.
Vətənimizin cənnət güşəsi olan Qarabağ Azərbaycandır!