"Xocalı, biz qayıtdıq" adlı tədbir keçirilib
26 fevral 2021-ci il tarixində məktəbin 4 "c" sinfində ibtidai sinif müəllimi Elnurə Xıdırzadənin və məktəbin direktoru Arizə Mahmudovanın iştirakı ilə Xocalı soyqırımının 29-cu anım gününə həsr olunmuş "Xocalı, biz qayıtdıq" adlı tədbir keçirildi.
Tədbir ilk öncə Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başladı.
Daha sonra 4 "c" sinfinin sinif rəhbəri E.Xıdırzadə tədbir iştirakçılarına Xocalı faciəsi haqqında məlumat verdi. Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra çıxış üçün söz məktəbin direktoru A.Mahmudovaya verildi. A.Mahmudova Xocalı faciəsini Azərbaycan tarixinin ən dəhşətli, faciəvi səhifəsi olduğunu, bu soyqırımın xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini bildirdi. Eyni zamanda Azərbaycanın Respublikası Prezidenti Cənab İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində, "Dəmir yumruq" adlı əməliyyatla başlanılan və 44 günlük davam edən Vətən müharibəsində Rəşadətli Azərbaycan Ordusunun gücü, şəhidlərimizin qanı bahasına işğal altındakı bütün torpaqlarımızın azad edilməsi, Xocalı faciəsinin qisasının alınmasını vurğuladı. Bununla da amansızlıqla qətlə yetirilmiş Xocalı sakinlərinin qisası alındı. Artıq şəhidlərimizin ruhu şaddır.
Sonra isə şagirdlər Xocalı soyqırımına həsr olunan şeirlər söylədilər, 1992-ci il fevralın 25-dən 26-a keçən qanlı qış gecəsini özündə əks etdirən, o cümlədən qisası alınmış Xocalıya aid zəfər hissini özündə əks etdirən səhnəciklər nümayiş etdirdilər.
Qeyd edək ki, tədbir pandemiya qaydalarına riayət olunmaqla keçirilmişdir.