İbtidai sinif şagirdləri ilə psixoloji işin təşkili davam edir

15 fevral 2021-ci il tarixində məktəbin psixoloqu Məlahət Qasımlı Fəaliyyət planına əsasən   ibtidai sinif şagirdləri ilə psixoloji işin təşkili məqsədilə məktəbin 3 b, 4 a sinif şagirdləri ilə görüşüb. M.Qasımlı qeyd olunan siniflərdə  şagirdlər ilə psixoloji işin təşkili zamanı  "Mövcud olmayan heyvan" və "Kaktus testi"  üsullarından istifadə edib.
Məqsəd şəxsiyyətin diaqnostikası, uşaqların emosional sferasını, aqressiyanın olub olmamasını, onun nəyə yönəldiyini aşkar etmək idi. 
Belə ki, "Mövcud olmayan heyvan" metodikasında təlimata əsasən şagirdlərə tədqiq olunana heç bir izahat vermədən dünyada olmayan heyvan şəkli çəkmək təklif edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi