"Şəkərli diabet nədir?" mövzusunda vebinar keçirildi
12 fevral 2021-ci il tarixində məktəbin biologiya müəllimi Esmira İbrahimova tərəfindən Microsoft Teams platforması üzərində "Şəkərli diabet nədir?" mövzusunda vebinar keçirildi.
Vebinarda məktəbin direktoru Arizə Mahmudova, o cümlədən məktəbin 8"a" sinif şagirdləri iştirak etdi.
Qeyd edək ki, vebinar iştirakçıları Şəkərli diabet xəstəliyinin yaranma səbəbləri, əlamətləri, formaları, müalicə üsulları, xəstəliyə tutulmamaq üçün aparılması zəruri olan profilaktik tədbirlər, eyni zamanda da, dünyada və Azərbaycanda bu xəstəlikdən əziyyət çəkən insanların statistikası haqqında məlumat əldə etdilər.