Şagirdlərin əyani olaraq summativ qiymətləndirilməsi davam edir
8 fevral 2021-ci il tarixində məktəbin V-VI sinif şagirdləri əyani olaraq summativ qiymətləndirmədə iştirak ediblər.
Summativ qiymətləndirmə nəzarətçi müəllimlərin iştirakı ilə pandemiya qaydalarına riayət olunmaqla təşkil olunub.
Qeyd edək ki, 323 nömrəli tam orta məktəbdə 5 fevral 2021-ci il tarixindən başlayaraq məktəb şagirdlərinin əyani olaraq summativ qiymətləndirilməsinə start verilib. Tərtib olunmuş qrafikə əsasən həmin tarixdə məktəbin IX sinif şagirdləri summativ qiymətləndirmədə iştirak ediblər.