İbtidai sinif şagirdləri ilə psixoloji işin təşkili
3-4 fevral 2021-ci il tarixində məktəbin psixoloqu Məlahət Qasımlı Fəaliyyət planına əsasən ibtidai sinif şagirdləri ilə psixoloji işin təşkili, o cümlədən birinci sinif şagirdlərinin məktəbə psixoloji hazırlıq səviyyəsinin öyrənilməsi məqsədilə şagirdlərlə görüşüb. Aparılan işdə əsas məqsəd həm şagirdlərin özü haqqında təsəvvürlərinin, idrak sferasının, yazı motorikasını öyrənmək, həm də 6-9 yaş qrupuna aid olan şagirdlərin emosional-iradi sferalarının öyrənmək olub. Onu da qeyd edək ki, M.Qasımlı ibtidai sinif şagirdləri ilə psixoloji işin təşkili zamanı Qrafik imla, Kern-İrasek testi, "Mənim ailəm", "Canlı ev", "Mövcud olmayan heyvan" üsüllarından istifadə edib.