I yarımilin yekununa dair Pedaqoji şuranın iclası keçirildi
30 yanvar 2021-ci il tarixində Microsoft Teams platforması üzərində I yarımilin yekununa dair Pedaqoji Şuranın növbəti iclası keçirildi.
İclasa giriş sözü ilə məktəbin direktoru Arizə Mahmudova başladı. A.Mahmudova I yarımil barədə olan ümumi məsələlərdən, fevralın 1-də əyani tədrisə başlayacaq ibtidai siniflərin cari vəziyyəti , o cümlədən yuxarı siniflərin cari vəziyyəti haqqında, yuxarı siniflərin virtual dərslərə davam etmələri və yeni gələn əmrlər haqqında pedaqoji kollektivi məlumatlandırdı.
Daha sonra məktəbin təlim tərbiyə işləri üzrə təşkilatçı müavini Aybəniz Orucova I yarımilin statistik məlumatları, II yarımilin əyani və distant cədvəllərinin mövcud qaydalara uyğun yenidən tərtib olunacağını vurğuladı.
Sonda müəllimlərə maraqlı olan suallar rəhbərlik tərəfindən cavablandırıldı.