"Virusla mübarizədə qalibəm" adlı rəsm sərgisi keçirilib
Məktəbin psixoloqunun Fəaliyyət Planına əsasən Məlahət Qasımlının təşkilatçılığı ilə V sinif şagirdləri arasında 16 dekabr 2020-ci il tarixində "Virusla mübarizədə qalibəm" mövzusunda onlayn rəsm müsabiqəsi keçirilib.
Müsabiqənin keçirilməsində məqsəd pandemiya şəraitində Covid-19 virusu ilə mübarizədə şagirdlərin obrazlı təxəyyülünün müəyyən edilməsi olmuşdur.
Eyni zamanda V-VIII sinif şagirdləri arasında "Şəhidlər ölməz Vətən bölünməz" vətənpərvərlik mövzusunda onlayn esse yazı müsabiqəsi də keçirilib. Məqsəd şagirdlərdə yeni tarixi Qan yaddaşımızın formalaşdırılması, onlarla Vətən uğrunda şəhid olanların qəhrəmanlıq nümunəsindən ülvi və müqəddəs hislərini müəyyən etmək olmuşdur.