Məktəbin ibtidai sinif şagirdləri arasında şeir müsabiqəsi keçirilib

13 dekabr 2020-ci il tarixində məktəbin ibtidai sinif şagirdləri arasında "İkinci Qarabağ müharibəsində şəhid olmuş Vətənin qəhrəman oğulları" adlı şeir müsabiqəsi keçirildi. Məktəbin ibtidai sinif müəllimi Həsənli Tərlan müəllim tərəfindən təşkil olunan şeir müsabiqəsində münsiflər heyəti qismində məktəbin direktoru Arizə Mahmudova, məktəbin direktor müavini Aybəniz Orucova, Azərbaycan dili və ədəbiyyat müəllimlərindən Almara Həsənova, Günel Hacıyeva iştirak ediblər.
Müsabiqədə iştirakçı qismində iştirak edən müəllimlər: Azərbaycan dili və ədəbiyyat müəllimi Əsgərova Hüsniyyə, ibtidai sinif müəllimlərindən Mahmudova Arifə, İsmayılova Tərlan, Həsənli Tərlan, Cəlilova Kəmalə, Nəsibova Gülyaz, Həsənova Şöhlə, Məmmədova Xuraman, Məcidova Arzu, Həsənova Karina, Xıdırzadə Elnurə olub.
Qeyd edək ki, müsabiqədə məktəbimizin hər ibtidai sinfindən 2 nəfər şagird iştirak edib. Müsabiqənin nəticələrinə əsasən, 1-ci yerə 1 "c" sinif şagirdi Mahmudov Yunis (19 balla), 2-ci yerə 1 "a" sinfindən Nuriyev Əli (18 balla), 3 "a" sinfindən C.Sevinc (18 balla), 4 "a" sinfindən Babazadə Əli (18 balla),
3-cü yerə isə 2 "a" sinfindən Yusifzadə Mələk (17 balla), 3 "b" sinfindən Rəsulov Arda (17 balla) layiq görülmüşdür.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi