Növbəti Pedaqoji Şura keçirildi
26 noyabr 2020-ci il tarixində məktəbin Pedaqoji Şurasının növbəti iclası keçirildi.
Məktəbin direktoru, Pedaqoji Şuranın sədri Arizə Mahmudova videokonfransa ilk öncə Şuşa şəhəri və digər rayonlarımızın işğaldan azad olunması uğrunda qəhrəmancasına döyüşərək şəhid olan bütün əsgər və zabitlərə Allahdan rəhmət, onların ruhunun şad olmasını diləyərək başladı. Həmçinin döyüşlərdə yaralanan qazilərimizə tezliklə şəfa dilədi.
Daha sonra A.Mahmudova "Azərbaycan xalqının tarixi qələbəsinin" tədrisdə əks etdirilməsi haqqında Təhsil Nazirliyinin 2020-2021-ci tədris ili üçün Fəaliyyət Planı ilə tanış etdi. Qeyd olunan Fəaliyyət Planına əsasən sinif rəhbərləri və fənn müəllimlərinə keçiriləcək tədbirlər haqqında öz fəaliyyət planını tərtib edərək məktəb rəhbərliyinə məlumat verilməsi tapşırıldı.
İclasda həmçinin sinif rəhbərlərinə distant dərslərdə şagirdlərinin davamiyyəti haqqında məlumatların qeydə alınaraq məktəb rəhbərliyinə gündəlik və həftəlik hesabatların verilməsi, bu prosesdə nəzarətin gücləndirilməsi tapşırıldı.