12 noyabr-Konstitusiya Günüdür
12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür.
Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 25 il ötür.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib.
1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü Konstitusiyasıdır.
Şükürlər olsun ki, biz bu günü Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunmasının 25-ci ildönümünü olaraq Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğu dövrdə qeyd edirik.
Müstəqilliyimiz əbədi olsun!
#12noyabrKonstitusiyaGünü