2020-2021-ci tədris ilinin ilk günü ibtidai siniflərin yarımqrupları qəbul edildi

15 sentyabr 2020-ci ildə 323 nömrəli tam orta məktəbdə 2020-2021-ci tədris ilinin başlaması münasibətilə ibtidai siniflərin yarımqruplarına aid şagirdlərinin qəbulu həyata keçirildi. Xüsusi karantin dövrünə təsadüf olunan "Bilik günü"ndə məktəbə gələn şagirdlər sinif rəhbərlərinin göstərişi ilə məktəbin həyətyanı sahəsində sosial məsafənin qorunması məqsədilə xüsusi işarələnmiş yerlərdə düzüldülər. Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsindən sonra məktəbin direktoru Arizə Mahmudova yeni tədris ilinin başlanması, eləcə də "Bilik günü" münasibətilə müəllimləri, şagird və valideynləri təbrik edərək, bu çətin şəraitdə hər kəsə can sağlığı, dözüm, səbr, uğurlar arzu etdi. Daha sonra şagirdlərin hər birinin hərarəti ölçülərək sinif rəhbərləri tərəfindən sinif otaqlarına qəbul edildilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi