İlk dərslər Xocalı soyqırımına həsr edilib

    323 nömrəli tam orta məktəbdə fevralın 26-da ilk dərslər Xocalı soyqırımına həsr edilib.
Dərslər Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin və Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Müəllimlər dərs zamanı Xocalının tarixi, coğrafi mövqeyi, faciədən əvvəl əhalinin sayı və tərkibi, görkəmli şəxsiyyətlərindən söhbət açıblar. Eyni zamanda, faciə nəticəsində öldürülən, ağır yaralanan, itkin düşən, girov götürülən sakinlərin statistikasından, soyqırımı törədənlərin vəhşi və qeyri-insani xislətindən bəhs ediblər.
Daha sonra Xocalı faciəsi ilə bağlı slaydlar, video-çarxlar nümayiş olunub, şagirdlərin Xocalı soyqırımı ilə bağlı fikirləri dinlənilib, o cümlədən müvafiq mövzu ətrafında müzakirələr aparılıb, Vətənə aid şeirlər söylənilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi