Azərbaycan dili fənnindən nümunəvi dərs dinlənildi
Fevralın 25-də 323 nömrəli tam orta məktəbin 7 "A" sinfində Azərbaycan dili müəllimi Almara Həsənova tərəfindən "Açıq dərs" keçirildi.
2019-2020-ci tədris ilinin II yarımili üzrə keçirilən ilk "Açıq dərs"in mövzusu "Ədat və onun məna növləri" idi.
Açıq dərsdə məktəbin direktoru Aybəniz Orucova, Azərbaycan dili müəllimlərindən Vahid Əsgərov, Ayşən Cəfərli iştirak edirdi. Qeyd edək ki, müəllim mövzunu şagirdlərə tam mənimsətdi.
Dərsin sonunda şagirdlər "Su çərşənbəsi" haqqında şeirlər söylədilər.
Həmçinin, 26 fevral "Xocalı soyqırımı" anıldı.
Dərs yekunlaşdıqdan sonra dərsin müzakirəsi aparıldı. Dərs qənaətbəxş hesab olundu.Məktəbin direktoru A.Orucova məsuliyyəti və işgüzarlığı ilə hər zaman seçilən Almara müəllimə təşəkkürünü bildirərək, ona işlərində uğurlar arzu etdi.