Azərbaycan dili fənnindən "Açıq dərs" keçirildi

      Fevralın 25-i 8"A" sinfində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Günel Hacıyeva "Nar dənəsi" mövzusunda keçirdiyi "Açıq dərs"i Xocalı faciəsinin iyirmi səkkizinci ildönümünə həsr olunmuşdur. "Açıq dərs"də məktəbin riyaziyyat müəllimi Sahilə Tağıyeva, fiziki tərbiyə müəllimi Cəfər Ələsgərov, musiqi müəllimi Xanım müəllimə iştirak etmişdirlər.

Dərsdə Xocalı faciəsinə aid slaydlar nümayiş etdirilmiş, qrup işləri işlənmiş, o cümlədən qruplarda geniş müzakirə aparılmışdır. Şagirdlər mövzuya çox həssaslıqla yanaşmış, həmçinin mövzuya aid rollu oyunlar nümayiş etdirmişdirlər.

Şagirdlərin dərsə həssas və canla -başla yanaşmaları bir daha sübut etdi ki, qan yaddaşımızı unudulmayıb, unudulmayacaq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi