Beynəlxalq Ana dili Günü qeyd olundu
Fevralın 21-də məktəbin 8 "B" sinfində Beynəlxalq Ana Dili Günü münasibətilə "Ana dilim" adlı tədbir keçirildi.
Həmin sinfin sinif rəhbəri Almara Həsənova tərəfindən təşkil olunan tədbirdə məktəbin psixoloqu Məlahət Qasımlı, Azərbaycan dili müəllimlərindən Vahid Əsgərov, Cəfərli Ayşən, Əsgərova Hüsniyyə, ingilis dili müəllimi Rüstəmova Tərlan iştirak edirdilər.
Tədbirdə şagirdlər Ana dilinin saflığı, ahəngliyi, insanın mənəvi aləminin zənginləşməsində, həmçinin dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynadığını qeyd etdilər.
Eyni zamanda da, şagirdlər Ana dilimiz haqqında şeirlər söyləyərək, "Çırpınırdı Qara dəniz", "Şirin dil" və "Yaşa Azərbaycan" mahnılarını ifa etdilər. Həmçinin, onlar tərəfindən səhnəcik nümayiş olundu.
8 "B" sinif şagirdləri Ana dilimizin hər zaman qorunması üçün and içdilər.
Tədbir 8 "B" sinif şagirdi Quliyev Renatın ifasında milli rəqsin ifası ilə bitdi.
Məlumat üçün bildirək ki, Beynəlxalq Ana dili Günü ilə bağlı növbəti tədbir 2"A" sinfində də ibtidai sinif müəlimi Tərlan İsmayılova tərəfindən təşkil edilmişdir.Şagirdlər şeirlər söyləmiş, slayd materialı izləmişdirlər.