"Şəkərli diabet nədir?" mövzusunda tədbir keçirildi
Fevralın 20-də məktəbin biologiya müəllimi Esmira İbrahimova tərəfindən "Şəkərli diabet nədir?" mövzusunda maarifləndirici tədbir keçirildi.
Tədbirdə məktəbin direktoru Aybəniz Orucova, o cümlədən məktəbin VIII-X sinif şagirdlərindən ibarət bir qrup iştirak etdi.
Qeyd edək ki, tədbir iştirakçıları Şəkərli diabet xəstəliyinin yaranma səbəbləri, əlamətləri, formaları, müalicə üsulları, xəstəliyə tutulmamaq üçün aparılması zəruri olan profilaktik tədbirlər, eyni zamanda da, dünyada və Azərbaycanda bu xəstəlikdən əziyyət çəkən insanların statistikası haqqında məlumat əldə etdilər.