"Ailənin rəsmi" və "Nöqtələr qrupunun üzündən köçürülməsi" testləri keçirilib
Fevralın 13-də 323 nömrəli tam orta məktəbin 1"B" və 1"C" siniflərində məktəbin psixoloqu Məlahət Qasımlı tərəfindən ilk öncə "Ailənin rəsmi" testi keçirilmişdir. Testin keçirilməsində məqsəd ailədaxili münasibətlərin əsas xüsusiyyətlərinin aşkar olunması idi. Şagirdlər tərəfindən təsvirlərin çəkilməsi və suallara cavab vermə əsasında onların qavrama xüsusiyyətləri, eyni zamanda da, ailə münasibətlərinə görə onlarda olan həyəcanı qiymətləndirmək mümkün oldu.
Daha sonra "Nöqtələr qrupunun üzündən köçürülməsi" testi keçirilib. Qeyd olunan testin keçirilməsində məqsəd isə şagirdlərdə incə motorikanın və ixtiyari diqqətin müəyyənləşməsi idi.