Pedaqoji iclas keçirildi
31 yanvar 2020 -ci il tarixində 323 nömrəli tam orta məktəbin müəllimləri məktəbin növbəti Pedaqoji iclasında iştirak etdilər.
Pedaqoji iclasda əsasən, 2019-2020-ci tədris ilinin I yarımilinin yekunlarının təhlili, həmçinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 48-01/ 06 nömrəli məktubu və cari məsələlər müzakirə olunaraq müəyyən qərarlar qəbul olundu. Pedaqoji iclasda məktəbin direktoru Aybəniz Orucova pedaqoji kollektivi 2019-2020-ci tədris ilinin ikinci yarımilində qarşıda duran məsələlərlə tanış edərək onların həll olunması üçün müəyyən tapşırıqlar verdi.