"Dəyirmi masa" keçirildi

Yanvarın 16-də 323 nömrəli tam orta məktəbin bəzi müəllimləri və IX-XI sinif şagirdlərinin iştirakı ilə 20 Yanvar faciəsinə həsr olunmuş "Dəyirmi masa" keçirildi.
"Dəyirmi masa" da məktəbin hərbi rəhbəri İxtiyar Behbudov, Azərbaycan dili və ədəbiyyat müəllimi Günel Hacıyeva, tarix müəllimi Hikmət Qasımov, fiziki tərbiyə müəllimi Tural Əliyev, riyaziyyat müəllimi Sahilə Tağıyeva iştirak etdi.
Otuz illik qanlı faciəmizlə bağlı şəhidlərimiz bir dəqiqəlik sükutla yad olundu.
Daha sonra müəllim və şagirdlərin çıxışları dinlənildi, slaydlar nümayiş etdirildi. Bu qanlı faciənin hamımızın yaddaşında silinməz izlər qoyduğu, 30 il deyil, 300 il keçsə belə bu sağalmaz yaranın heç kimin hafizəsindən silinməyəcəyi bir daha öz təsdiqini tapdı.
Allahdan bütün günahsız şəhidlərimizə rəhmət, onların ailələrinə isə səbr diləyirik.
Allah rəhmət eləsin! Vətən sağ olsun!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi