"Heydər Əliyev fəlsəfəsi" adlı tədbir keçirildi
14 yanvar 2020-ci il tarixində Xəzər rayonu Şağan qəsəbəsində yerləşən 124 nömrəli tam orta məktəbin akt zalında ümummilli lider, ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi istiqamətində növbəti tədbir keçirildi.Tədbirdə 323 nömrəli tam orta məktəbin psixoloqu Məlahət Qasımlı və biologiya müəllimi Esmira İbrahimovanın rəhbərliyi ilə bir qrup yuxarı sinif şagirdi də iştirak ediblər. Tədbirdə 124 nömrəli tam orta məktəbin tarix müəllimi Kifayət İsmayılova "Heydər Əliyev fəlsəfəsi" adlı təqdimatla çıxış etdi.