IX siniflərdə növbəti monitorinq imtahanı keçirildi

27 dekabr 2019-cu il tarixində 323 nömrəli tam orta məktəbin IX sinif şagirdləri Azərbaycan dili, riyaziyyat və xarici dil (ingilis dili) fənləri üzrə monitoriq imtahanında iştirak ediblər.
Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən BŞTİ-ə tabe olan ümumtəhsil məktəblərinin IX siniflərində dekabr ayı üçün növbəti monitorinq imtahanı nəzərdə tutulmuşdur.
323 nömrəli tam orta məktəbdə qeyd olunan imtahan saat 09:00-da məktəbin nəzarətçi müəllimlərinin iştirakı ilə başlayıb.
İmtahanda məktəbin IX sinif şagirdlərinin davamiyyəti 100 faiz olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi