"Ağıllı büdcə" layihəsi üzrə təlim keçirildi
20 dekabr 2019-cu il tarixində 323 nömrəli tam orta məktəbdə Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyinin əməkdaşı tərəfindən Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə "Ağıllı büdcə II" layihəsi üzrə təlim keçirildi. "Ağıllı büdcə" layihəsinin təlimçisi Gülnisə Zeynalova tərəfindən keçirilən təlimdə məktəbin VIII sinif şagirdləri maliyyə savadlılığı üzrə "Mənim büdcəm" tədris vəsaiti ilə tanış olduqdan sonra interaktiv "Balans başa baş və Müflis" oyununda fəal iştirak etdilər.
Qeyd edək ki, "Ağıllı büdcə" layihəsi üzrə keçirilən təlimlərdə iştirak etmək üçün Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 10 ümumtəhsil müəssisəsi seçilmişdir. Belə ki, Xəzər rayonu 323 nömrəli tam orta məktəb də seçilən məktəblər arasındadır.