IX siniflərdə buraxılış fənləri üzrə diaqnostik imtahan keçirildi
14 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərində olduğu kimi 323 nömrəli tam orta məktəbdə də IX siniflərdə Azərbaycan dili, riyaziyyat, xarici dil (ingilis dili) fənləri üzrə növbəti diaqnostik imtahan keçirildi. İmtahan zamanı məktəbin IX sinif şagirdlərinin davamiyyəti 100 faiz olaraq təşkil olunub.
Diaqnostik imtahanın keçirilmə qaydası haqqında "Təlimat"a uyğun olaraq 323 nömrəli məktəbin IX siniflərində imtahan saat 10:00 -da başayaraq məktəbin rəhbəri Aybəniz Orucova və nəzarətçi müəllimlərin iştirak ilə keçirildi.