Ötən tədris ilinin 5"A" sinfində böyük summativ qiymətləndirmə yenidən keçirilib
Dekabrın 10-da 2018-2019-cu tədris ilində 323 nömrəli tam orta məktəbin 5 "A" sinfində təhsil alanların Azərbaycan dili, riyaziyyat, xarici dil (ingilis dili) fənlərindən ikinci yarımil üzrə keçilən proqrama əsasən yenidən keçirilən böyük summativ qiymətləndirmədə iştirak ediblər.
Məlumat üçün bildirək ki, qeyd olunan sinifdə BSQ-lər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 323 nömrəli tam orta məktəbə göndərdiyi məktubunun 5.3 bəndinə əsasən yenidən keçirilib.
Böyük summativ qiymətləndirmə məktəbin direktoru Aybəniz Orucova və nəzarətçi müəllimlərin iştirakı ilə keçirilib.