IX sinif şagirdlərinin monitorinq imtahan nəticələri müzakirə olundu
Dekabrın 6-da məktəbin IX sinif şagirdlərinin valideyn iclası keçirilib.
İclasda məktəbin direktoru Aybəniz Orucova, həmin siniflərdə dərs deyən Azərbaycan dili müəllimləri Vahid Əsgərov, Günel Hacıyeva, riyaziyyat müəllimləri Sahilə Tağıyeva, Fəxri Məmmədov, həmçinin ingilis dili müəllimləri Tərlan Rüstəmova, Ləman Mahmudova iştirak ediblər.
Qeyd edək ki, valideyn iclasında əsasən IX sinif şagirdlərinin 3 dekabr 2019-cu il tarixində BŞTİ-nin buraxılış fənləri üzrə keçirdiyi monitorinq imtahanının nəticələri müzakirə olunaraq müəyyən qərarlar qəbul edildi.