"Talassemiyasız həyat naminə" adlı seminar keçirildi
2 dekabr 2019-cu il tarixində məktəbin 9"B" sinfində "Talassemiyasız həyat naminə" adlı seminar keçirilib. Məktəbin biologiya müəllimi Esmira İbrahimova tərəfindən keçirilən tədbirdə şagirdlər talassemiya xəstəliyinin yaranma səbəbləri, talassemiya xəstələrinin sayının artmasının qarşısının alınması üçün dövlət səviyyəsində aparılan profilaktik tədbirlər, eyni zamanda da bu xəstəlikdən əziyyət çəkənlərin müalicə üsulları haqqında məlumat əldə etdilər.