"Peşəkar Məktəb Psixoloqu" layihəsi çərçivəsində təlim başa çatdı
30 noyabr 2019-cu il tarixində Xəzər rayonu 149 nömrəli tam orta məktəbdə 1 sentyabr- 30 noyabr intervalında "Peşəkar Məktəb Psixoloqu" layihəsi üzrə keçirilən təlim başa çatmışdır. 323 nömrəli tam orta məktəbin psixoloqu Məlahət Qasımlı da qeyd olunan təlimdə iştirak edərək sertifikat əldə etmişdir. Qeyd edək ki, təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsində qalib layihələrdən biri də "Peşəkar Məktəb Psixoloqu" layihəsidir. Layihə rəhbəri Nəriman Məmmədzadədir.
"Peşəkar Məktəb Psixoloqu" layihəsinin məqsədi məktəb psixoloqlarının yeniyetmələrlə düzgün iş aparmaq sahəsində peşəkarlığın artırılmasına, bu sahədə psixoloji xidmətin təkmilləşdirilməsinə və bu yolla cəmiyyətimiz üçün sağlam düşüncəli gənclər yetişdirilməsinə dəstək verməkdir.