Mənim hüquqlarım

  Bildiyimiz kimi ölkəmiz tərəfindən ratifikasiya olunmuş BMT- nin Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının bu il 30 ili tamam olur. Hər il olduğu kimi, bu il də İnsan Hüquqları üzrə Müvəkkil - Ombudsman Elmira Süleymanovanın təşəbbüsü ilə ənənəvi olaraq 20 oktyabr- 20 noyabr tarixlərində BMT- nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində uşaqlara diqqətin artırılmasını, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılmasl məqsədilə ölkəmizdə " Uşaq hüquqları aylığı" elan edilmişdir. 

 " Uşaq hüquqları aylığı"  çərçivəsində məktəbimizdə rəsm və inşa müsabiqəsi keçirilmiş, sinif təşkilat saatlarında şagirdlərin hüquqları mövzularında söhbətlər aparılmışdır. "Mənim hüquqlarım " mövzusunda geniş tədbir hazırlamış və keçirilmişdir. Hər bir şəxs irsindən, dərisinin rəngindən, cinsindən, dilindən, dinindən, siyasi və digər əqidəsindən milli və sosial mənşəyindən, əmlak sosial mövqe və digər vəziyyətlərdən asılı olmayaraq bütün insanlar bərabər hüququna malikdirlər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi