28 May Respublika Günü

 Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək açdığı bir gündür. Yüz illərlə azad olmaq və suverən yaşamaq istəyən Azərbaycan xalqı məhz ötən əsrin əvvəllərində arzusna qovuşdu. Azərbaycan Respublikası müstəqilliyini yenidən bərpa etdikdən sonra xalqın çağırışı ilə ümummilli lider Heydər Əliyevi ikinci dəfə hakimiyyətə gətirdi. Bu dahi liderin yenidən qayıdışı Azərbaycan Respublikasının müstəqilliyini daimi olacağına zəmin yaratdı. Dünyanın lider ölkələri ilə beynəlxalq müqavilələr imzalandı. Hər il olduğu kimi bu ildə məktəbimizdə Respublika Gününə həsr olunmuş geniş tədbir keçirilmişdir. Bu il Respublika Gününə həsr olunmuş tədbir ərazimizdə yerləşən "Şərq İstehsalat Birliyi" ilə birgə hazırlanmışdır. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi