Əbədiyyət üfüqündə doğan günəş

  Altı yüz əlli ildir ki, böyük Azərbaycan şairi İmadəddin Nəsiminin adı Yazın Şərqdə mərdlik, fədakarlıq və iradə rəmzi kimi hörmətlə çəkilir. Altı yüz əlli ildir ki, məsləki uğrunda dara çəkilib dərisi soyulan, son nəfəsində belə öz sözündən dönməyən bu mərd insanın faciəli ölümü şairlərin şeirlərində, xanəndələrin dilində tərənnüm edilir. Nəsimi Azərbaycan xalqının həqiqətən böyük oğludur, çünki ana dilindən ustalıqla istifadə etmiş, anlaşılır tərzdə, bir sözlə xalqın dilinə yaxın tərzdə yazmışdır. Alovlu insanpərvər şair yaşadığı cəmiyyətdə səadət, ədalət, həqiqət görmədiyi üçün kədərlənir, onun şeirlərində xalqın taleyini dərindən duyan insanpərvər sənətkarın iztirab və kədərləri, üsyankar ruhu səslənir. Nəsimi cəmiyyətdəki zülümdən və özbaşnalıqdan şikayətlənir, zülmü, ədalətsizliyi soyğunçuluğu pisləyir. Doğruluğu, haqq- ədalət və xeyirxahlığı tərənnüm edir. Məktəbimizdə Azərbaycan dili və ədəbiyyat müəllimi Xəlilova Vüsalənin təşkilatçılığı ilə  02 may 2019- cu il tarixində İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ədəbi- bədii gecə keçirilmişdir. Tədbirdə müəllimlər, valideynlər və şagirdlər iştirak etmişlər. Nəsiminin həyatı və yaradıcılığı şagirdlər və müəllimlər tərəfindən geniş analiz edilmiş, şeirləri söylənilmiş, həyatına aid nümunələr səhnələşdirilmişdir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi