Azərbaycan Hərb Tarixi Muzeyində

Aprelin 22- də şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsini yüksəltmək və xalqımızın hərb tarixini öyrənmək məqsədilə Azərbaycan Hərb Tarixi Muzeyinə məktəbin müəllimi Zeynalova Ülkərin rəhbərliyi ilə 6ç sinfinin bir qrup valideyni və şagirdlərinin ekskursiyası təşkil olunub. Şagirdlərə muzeyin ilk zalı olan qədim, erkən, orta əsrlər dövrü, Manna- Midiya, Atropatena, Albaniya, Səfəvi dövləti, Azərbaycan xanlıqlılarının yaranması və onların qoşun növləri haqqında məlumat verildi. Muzey bələdçisi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, qurucuları, dövlət atributları ilə bağlı ətraflı məlumatlar verildi. Şagirdlər Ekspozisiya və arxiv fondu üzrə rəis müavinin müşaiyəti ilə "20 Yanvar faciəsi" , "Xocalı Soyqırımı", Azərbaycan ordusunun yaranması və inkişafı, Ümummillli lider Heydər Əliyevin həyat və fəaliyyəti, ordu quruculuğu ilə bağlı gördüyü işlər, keçirdiyi görüşlər, həmçinin Silahlı Qüvvələrin qoşun növləri üzrə hərbi geyim nümunələri ilə də tanış oldular. Texnika və silah hissə rəisinin Azərbaycan Hərb Tarixi Muzeyinin həyətində nümayiş olunan hərbi texnikalar haqqında verdiyi məlumatlar və texnikaları əyani görmək şagirdlərdə xoş təəssürat yaratdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi