"Məstan və Babu" tamaşası

   Məktəbimizdə 18 aprel 2019- cu il tarixində 2a "Sağlam təhsil" sinfinin şagirdləri tərəfindən şairə Reyhan Yusifqızının " Məstan və Babu" nağılının tamaşası hazırlanmışdır. Keçirilən tamaşada " Sağlam təhsil- Sağlam millət" layihəsinin koordinatoru Vüsal Qasımov, Sosial blokun rəhbəri Nigar Şah- Hüseynbəyova, şairə Reyhan Yusifqızı, Təhsil TV- nin redakotu Gülnarə İlham və məktəb kollektivi iştirak etmişdir. Müəllim Həsənova Aybənizin rəhbərliyi altında şagirdlərin geyim, qrim və səhnədə yaradılan meşə dekorasiyası diqqəti çekmişdir. Şagirdlər tamaşa zamanı çox aktiv idilər. Uşaqlarda bədii ədəbiyyata marağın artırılması, heyvanların və quşların timsalında nəzakət qaydalarının aşılanması, dostluqda sədaqətli olmaq tədbirin əsas məqsədi idi. Balaca aktyorlar " Məstan", "Babu", "Kirpi", "Dovşan", "İlan", " Tutuquşu", "Bayquş" obrazlarını həvəslə oynayırdılar. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi