Şagirdlərimiz hərbi- idman oyunlarında

   Məktəbimizin şagirdlərinin hərbi sahəyə marağı və həvəsi olduqca böyükdür. X- XI siniflərdə oxuyan şagirdlər Gənclərin Çağırışaqədərki Hazırlıq dərslərində fəallıq göstərir, hərbi qaydaları öyrənməyə daim cəhd göstərirlər. Xəzər Rayon Gənclər və İdman İdarəsi tərəfindən aparılan "Sərhəd " hərbi- idman oyununda məktəbimizin 5 nəfərlik komandası iştrak etmişlər. İlkin tibbi yardım mərhələsində fərqləndiklərinə görə "Diplom"a layiq görülmüşlər. "Şahin" hərbi- idman oyununda isə məktəbimiz 12 nəfərlik komanda ilə iştirak etmişdir. Yarışın sıra təlimi mərhələsində fərqlənən komandamız və hər bir komanda üzvü "Diplom" la mükafatlandırılmışdır. Şagirdlərin yarışlara hazırlanmasında məktəbin Gənclərin Çağırışaqədərki Hazırlıq fənni üzrə müəllimi Vüsal Talıbovun rolu böyükdür. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi