Milli bayramımız Novruz

    Bayramlar... onların bir çoxunu insanlar təbiət, cəmiyyət üzərində qələbələrini təsdiq etmək üçün yaradıblar. Qədimdən üzü bu günə inkişaf edə- edə gələn həyatımızın özünün diqtə etdiyi rəsmi günlər, təntənələr də insanların hər il qeyd etdikləri bayramlara daxildir. Ən gözəl milli bayramımız Novruz bayramıdır. Məhşur şair və alim Ömər Xəyyam " Novruznamə" adlı əsərində özündən əvvəlki müəlliflərə və astronomik tədqiqatlara əsaslanaraq göstərilmişdir ki, qədim Yeni il bayramının yaranması günəş təqvimi ilə bağlıdır. Ölkəmizdə Novruz bayramı çox təntənəli qeyd edilir. Hər bir Azərbaycan vətəndaşı və Azərbaycanda olan qonaqlar Novruz adətlərini yerinə yetirməyə çalışırlar. Məktəbimizdə "Novruz Milli bayramımızdır" mövzusunda bədii tədbir keçirilmişdir. Şagirdlər Novruz adətlərini əks etdirən tamaşalar göstərmiş, rəqslər etmiş, mahnılar söyləmiş, Novruz haqqında ətraflı məlumat vermişlər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi