1 Mart Mülki Müdafiə Günüdür

  Məktəbimizdə "1 Mart Mülki Müdafiə Günü" nə həsr olunmuş geniş tədbir keçirilmişdir. Tədbir zamanı şagirdlərə müxtəlif növlü təbii fəlakətlər, dağıdıcı hadisələr, yanğınlar zamanı vaxtında və düzgün qərar vermək bacarığını aşılamaq məsələsinə diqqət yetirilmişdir. Hər hansı baş verə biləcək Fövqəladə hallarda şagirdlərin mühafizəsi məsələləri ön plana çəkilir, Mülki Müdafiənin mahiyyəti və təşkili formaları, mühafizə üsulları və qurğuları eksterimal hadisələrdə şagirdlərə ilk tibbi yardımın göstərilməsi qaydalarını əyani şəkildə icra etmişlər. İlk tibbi yardımın mümkün qədər tez göstərilməsi yaralanmanın son nəticəsinə, bəzən isə yaralı şəxsin həyatının xilas edilməsinə həlledici təsir göstərir. Şagirdlərə Mülki Müdafiənin xəbərdarlıq siqnalları: " Hava həyəcanı", "Radiasiya təhlükəsi", " Kimya həyəcanı", " Təxliyə " siqnalları verilərkən necə davranmaq qaydaları öyrədilmişdir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi