Xocalı soyqırımı- XX əsrin faciəsi

   Dünyada heç bir ana, heç bir uşaq müharibə tərəfdarı deyildir. Çünki müharibələr dağıntı, ölüm, xəstəlik, aclıq və bu kimi çoxlu fəlakətlər gətirir. Demək olar ki, hər gün efirdə və başqa informasiya vasitələrində müharibə gedən nöqtələrdən verilən görüntüləri izləməli oluruq. Müharibələrdə heç bir əlaqəsi olmayan günahsız insanlar həyatlarını itirirlər. Həyatlarına vaxtsız, dəhşətli formada son qoyulanlar arasında müxtəlif yaşlarda olan uşaqlar da var. Çox təəsüf ki, ölkəmiz də müharibə şəraitindədir. 1992- ci il fevralın 25- dən  26- na keçən gecə erməni silahlı birləşmələri öz havadarları ilə birgə mühasirədə olan Xocalı şəhərinə hücum etmiş və şəhərdə yaşayan körpədən ahıla qədər hamını süngüyə taxmış, məhv etmişlər. Bu gün Azərbaycan dövləti tərəfindən Xocalı soyqırımını tanımaqdan ötrü dünyada geniş iş aparılır. Məktəbimizdə Xocalı soyqırımı ilə əlaqədar silsilə tədbirlər keçirilmiş: inşa və şeir müsabiqəsi, rəsm, foto, kitab sərgiləri təşkil edilmiş, ədəbi- bədii kompozisiyalar hazırlanmışdır. 26 fevral 2019- cu il tarixində ilk dərslər Xocalı soyqırımına həsr olunmuşdur.

                                                                                                            O fevral gecəsi şaxtalı bir gün,

                                                                                                            Əsası qoyuldu ən böyük zülmün.

                                                                                                            Xocalı qırğını, Xocalı hüznü,

                                                                                                            Vətən ağrısıdır bu matəm günü.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi