21 Fevral Beynəlxalq Ana dili günüdür

   Ana dili insanın mənəvi aləminin zənginləşməsində, mükəmməl təhsil almasında dünyagörüşünün genişlənməsində öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Dil cəmiyyətin ən dəyərli mənəvi sərvətidir. Hər bir xalqın inkişafı, mübarizəsi, həyatı onun dili ilə sıx bağlıdır. Rus pedaqoqu Uşinskinin dediyi kimi "Bir xalqı məhv etmək üçün onun dilini əlindən almaq kifayətdir". Elə buna görə də tarix boyu yurdumuza hücum edən yadellilər ilk əvvəl dilimizi məhv etməyə çalışmışlar. Məktəbimizdə 5- ci sinif şagirdlərinin hazırladıqları "21 Fevral Beynəlxalq  Ana dili günü" tədbiri keçirilmişdir.  Tədbirdə ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ana dilinin qorunması və inkişaf etdirilməsi istiqamətində əmr və sərəncamları tədbir iştirakçılarına çatdırılmışdır. Tədbirdə şagirdlərin ifasında mahnılar, şeirlər söylənilmiş, tamaşalar göstərilmişdir.                      

                                                                                                                                                                                       

                                                                                                                                                                                          

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi