Valideynin məktəbdə bir günü

    Bakı şəhəri üzrə Təhsil İdarəsinin 28.01.2019- cu il tarixli əmrinə əsasən 2018/2019- cu tədris ili ərzində iki dəfə olmaqla 11-22 fevral və 20-31 may tarixləri ərzində Bakı şəhəri üzrə ümumtəhsil müəssisələrində "Valideynin məktəbdə bir günü" layihəsi keçirilir. Məktəbimiz də bu layihəyə qoşularaq valideynlərin məktəb ilə yaxından tanışlığını təmin etmiş, valideynlərimiz ibtidai (I- IV), orta (V-VIII) və yuxarı sinif (IX-XI) siniflərdə keçirilən açıq dərslərdə iştirak edərək övladlarının  dərs fəallıqlarını izləmişlər. 

    Məktəbimizin valideynlərinə 21 Fevral "Beynəlxalq ana dili günü" nə həsr olunmuş tədbirdə və VIII siniflər arasında " Hərəyə bir kitab oxuyaq, mütaliəmizi artıraq" mövzusunda keçirilən tədbirdə iştirak etməyə şərait yaradılmışdır. Valideynlərimizin bir qrupu isə məktəb kitabxanası, məktəbin idman zalı, məktəb bufeti, akt zalı və sağlam təhsil sinfi ilə tanış olmuşlar. Valideynlər açıq dərslərdə, tədbirlərdə, məktəb infrasturukturu ilə tanışlıqdan  sonra öz rəylərini və təkliflərini müəllimlərə və məktəb rəhbərlyinə çatdırmışlar. "Valideynin məktəbdə bir günü" layihəsi məktəbimizdə səmərəli olmuşdur. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi