2 Fevral Gənclər Günüdür

  Bu gün hər kəsə məlumdur ki, 2 fevral gününün Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1996- cı il 2 fevral tarixində məhz Ulu Öndər Heydər Əliyevin dəstəyi ilə gənclərin 1- ci forumu keçirildi. 1997- ci ildən isə prezidentin sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başlanıldı. Məktəb kollektivimizin 50%- ə yaxını gənclərdən ibarətdir. Məktəbimizdə gənclərə xüsusi qayğı və diqqət vardır. 2 Fevral Gənclər Günü münasibətilə məktəbimizdə dəyirmi masa təşkil edilmiş, işində fərqlənən bir qrup gənc müəllim məktəb rəhbərliyi tərəfindən diplomla mükafatlandırılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev gənclərə olan münasibətini belə ifadə edib: "Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiz. Mən də sizə arxalanıram".

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi