2019 Nəsimi ili

  Orta dövr Azərbaycan ədəbiyyatının ən böyük nümayəndələrindən  biri, anadilli şeirimizdə fəlsəfi qəzəlin yaradıcısı, hürufizmin ən böyük mücahidi, qudrətli lirik şair İmadəddin Nəsiminin 650 illik yubileyi keçirilir. Böyük humanist fikirlər, bəşəri duyğular və dərin fəlsəfi ideyalar aşılayan Nəsimi poeziyası bədii gözəlliyinə görə nadir sənət incisidir. Yığcamlıq, dərin məzmun və yüksək ahəngdarlıq onların başlıca keyfiyyətləridir. Nəsimi poeziyası bütövlükdə özünün nikbin pafosu ilə seçilir. Altı yüz il bundan əvvəl yaranmasına baxmayaraq, bu poeziya indi də öz bədii- estetik gözəlliyini qoruyub saxlayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 yanvar 2019- cu il tarixli sərəncamı ilə 2019- cu il " Nəsimi ili" elan edilmişdir. Məktəbimizdə Nəsiminin həyat və yaracılığını əks etdirən guşə düzəldilmişdir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi