20 Yanvar qəhrəmanlıq salnaməsidir

1990- cı il yanvarın 19- dan 20- nə keçən gecə, saat 23:30- da Bakı şəhərində keçmiş Sovet İttifaqının qoşun hisssələri tərəfindən fövqəladə vəziyyət elan edilmədən yeridilmiş və dinc əhaliyə divan tutulmuş, nəticəsində yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış və itgin düşmüşdür. Sovet qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycanın rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur; hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. 

   Məktəbimizdə 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər və şagirdlər iştirak etmişlər. Şagirdlər 20 Yanvarla bağlı ətraflı məlumat vermiş, şeirlər söyləmiş, bədii kompozisiyalar göstərmişlər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi