Yolun açıq olsun

 Müasir dövrdə yol hərəkəti təhlükəsizliyinin təmin olunması məqsədilə uşaq və gənclərə küçə və yollarda davranış qaydalarının öyrədilməsinə və bu qaydalara riayət edilməsinə böyük ehtiyac vardır. Məktəbimizdə 15.01.2019- cu il tarixində 3- cü sinif şagirdlərinin yol təhlükəsizliyi ilə əlaqədar hazırladıqları " Yolun açıq olsun" tədbiri keçirilmişdir. Tədbirin əsas məqsədi şagirdlərə yol nişanlarını öyrətmək, yol hərəkət qaydalarını mənimsətmək olmuşdur. Şagirdlər yol hərəkət qaydalarına, yol nişanlarına aid ətraflı məlumatlar vermişlər. Tədbirdə bir qrup valideyn də iştirak etmişdir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi