"Ədədin modulu" mövzusunda açıq dərs

   09 yanvar 2019- cu il tarixində məktəbimizin gənc riyaziyyat müəllimlərindən biri olan Zeynalova Ülkər  "Ədədin modulu" mövzusunda açıq dərs keçirmişdir. Dərsdə məqsəd şagirdlərin əməllərin yerinə yetirilməsi qaydasını gözləməklə ədədi ifadənin qiymətini tapma vərdişlərini təkmilləşdirmək, yeni mövzunu mənimsətmək və modul işarəsi altında olan ifadələrin qiymətinin tapılması bacarıqlarını formalaşdırmaq idi. Dərs zamanı şagirdlərlə frontal sorğu apararaq yeni mövzuya giriş edildi. Yeni mövzunun müəllim tərəfindən izahı verildi, işçi vərəqlərdən istifadə olundu. Şagirdlərin sərbəst düşüncələri dinlənildi. Müxtəlif fənlərə inteqrasiya olundu. Əsas iş üsulu beyin həmləsi və müzakirə idi. İş forması isə kollektiv qruplarla iş idi. Müəllim dərs zamanı qarşısına qoyduğu məqsədə nail oldu.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi