Açıq dərs

   20.12.2018- ci il tarixində məktəbin riyaziyyat müəllimi Heydərova İlahənin həmin fəndən "Pifaqor teoreminin tətbiqi" mövzusunda açıq dərs keçirilmişdir. Məqsəd Pifaqor teoreminin və xüsusi düzbucaqlı üçbucaqların xassələrinin tətbiqinə nail olmaq idi. Tətbiq zamanı şagirdlərin digər bilikləri də üzə çıxdı. Şagirdlər həyatımızın hər sahəsində üçbucaqları araşdırmışdılar. Ən maraqlı görüntü isə hərbi sahədə mövcud olan ücbucaqların araşdırması idi. Diqqət çəkən videolardan biri Rusiyada yaşayan məktəbli həmyerlimizlə olan dialoq idi. Həmyerlimiz öz dostları ilə düzbucaqlı üçbucaqla bağlı biliklərini bölüşdü. Bu isə 31 dekabr- "Dünya azərbaycanlılarının həmrəylik günü" nə şagirdlərimizin xaricdə yaşayan həmyaşıdları ilə verdiyi tövhə idi. Eyni zamanda bir daha sübut olundu ki, riyaziyyat beynəlxalq elmdir. Şagirdlər onlara təqdim olunan işçi vərəqlərdəki və dərəlikdəki tapşırıqları yerinə yetirdilər. Gündəlik həyatımızda rastlaşdığımız situasiyalarda yaranan düzbucaqlı üçbucaqlara Pifaqor teoreminin tətbiqi araşdırıldı. Dərsin məqsədinə nail olundu. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi